Millimizin 3 legioneri Azərbaycana qayıtdı, 7 yeni əcnəbi gəldi - SİYAHI

24 Yanvar 2022 20:00 Araşdırma 1 574
Millimizin 3 legioneri Azərbaycana qayıtdı, 7 yeni əcnəbi gəldi - SİYAHI

Bu dəfəki qış transfer dönəmində kifayət qədər aktivlik müşahidə olunmaqdadır.

Büdcəsinə görə öyününlər komandanı “bərkitməyə” çalışır ki, çempionatın ən gərgin bölümündə axsamalar olmasın.

“Neftçi”nin kifayət qədər fəal təsir bağışladığı transfer bazarını diqqətinizə çatdırırıq.

Qarabağ
Gedən:
yoxdur
Gələnlər: Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili, (“Yagelloniya”, Polşa, icarə), Leandro Andrade (“Çerno More”, Bolqarıstan)

Qəbələ
Gedən:
yoxdur
Gələn: Patrik Robson de Souza Monteyro (“Admira”, Avstriya, icarə)

Neftçi
Gedənlər:
Fəhmin Muradbəyli (“Keşlə”, icarə), Romen Bask (“Şatoru”, Fransa), Sabir Buqrin (“Esperans”, Tunis), Harramiz Soareş, Xorxe Korrea
Gələnlər: Azər Salahlı (“Keşlə”), Eddi İsrafilov (“Luqa”, İspaniya), Gilyerme Pato (Kuyaba, Braziliya), İvan Brkiç (“Zrinski”, Bosniya və Hersoqovina)

Zirə
Gedən:
yoxdur
Gələn: yoxdur

Sabah
Gedən:
Saşa Stamenkoviç
Gələn: Aleksandr Neçayev (“Rux”, Belarus)

Keşlə
Gedənlər:
Nicat Qurbanov, Anatoli Abanq (“Əl-Bataeh”, BƏƏ), Omar Qudyabi, Rail Məlikov (karyerasını bitirib), Con Kamara, Miyuşko Boyoviç
Gələn: Franko Flores (“Real Espanya”, Honduras)

Sumqayıt
Gedən
: Roman Hüseynov, Səid Rza
Gələnlər: Vüqar Bəybalayev, Araz Abdullayev (“Etnikos”, Yunanıstan), Elşən Abdullayev (“Səbail”)

Səbail
Gedən
: Turan Manafov (“Olimpiakos Volos”, Yunanıstan, icarə), Kamran Ağayev (karyerasını bitirib), Elton Əlibəyli (“Neftçi”, icarə müddəti başa çatıb), Elşən Abdullayev (“Sumqayıt”)
Gələn: yoxdur

Siyahıdan da göründüyü kimi, klubların böyük əksəriyyətinin gedib-gələnlərinin siyahısında canlanma müşahidə olunmaqdadır.

Yalnız “Zirə” susqunluğu pozmayıb ki, “pəncərə”nin yanvarın son gününə qədər açıq olduğunu nəzərə alsaq, medal hədəfini gizlətməyən “qartallar”ın da yeni futbolçu(lar)yla güclənəcəyini ehtimal etmək olar.

Üzücü məqam ölkə xaricində top qovan futbolçuların karyerasını Azərbaycan çempionatında davam etdirəcəyidir. Son illər milliyə cəlb olunan Araz Abdullayev, Eddi İsrafilov və Rüstəm Əhmədzadə ölkəmizdə top qovacaq.

Əvəzində, bir nəfər – Turan Manafov Yunanıstanda legioner həyatı yaşamaq arzusuna çatdı.

Ümumilikdə 6 komanda 13 futbolçu ilə güclənib. Bunlardan 7-si legioner, 6-sı yerli futbolçulardır.

Fevrala kimi çempionatımızda yeni adların olacağı istisna olunmur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!