"Biz bu mutasiyaları eşidərək, təşvişə düşməməliyik" - “Omicron” haqda nəyi bilməliyik?

14 Yanvar 2022 02:30 Araşdırma 284
"Biz bu mutasiyaları eşidərək, təşvişə düşməməliyik" - “Omicron” haqda nəyi bilməliyik?

“Omicron” əvvəlki ştamlardan daha sürətlə yayılır. Bunun inkubasiya dövrü daha qısadır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov İTV-də “Diqqət mərkəzi” verilişində deyib.

O bildirib ki, ştamın hətta yoluxuculuğu da azdır:

“Yəni virusa yoluxmuş insan başqalarına yoluxdura bilər, o günlərin sayı da azdır və ona görə bəzi ölkələrdə izolyasiya olunma günlərinin sayını 14 gündən 5-7-9 günə qədər endirirlər.

Digər tərəfdən isə biz bilməliyik ki, burada daha çox yüngül formalara rast gəlinir. Yüngül forma deyəndə nəyi nəzərdə tuturuq?

COVID-19-un ağır forması deyəndə biz birmənalı olaraq ağciyərlərin kifayət qədər zədələnməsi hallarını düşünürük. Yəni bu halda daha çox üst tənəffüs yolları zədələnir, proses çox az hallarda ağciyərlərə keçir.

Bu, arzuolunan gedişatdır ki, insanların xəstəxanaya yatış sayı azalır, reanimasiya şöbələrinə düşmə sayı azalır. Bunlar hamısı mutasiyanlın hesabına olur.

Biz bu mutasiyaları eşidərək, təşvişə düşməməliyik. Əksinə, başa düşməliyik ki, təbii olaraq bir təkamül gedir. Nəhayət, əvvəlcədən bildiyimiz, proqnozlaşdırdığımız mövsümi infeksiyanı yaşayacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu