
"Transfermarkt" "Radomyak"da (Polşa) çıxş edən Renat Dadaşov və Rahil Məmmədova yeni transfer qiyməti qoyub.
Sportinfo.az xəbər verir ki, hər iki futbolçunun transfer qiymətində eniş yaşanıb.
Belə ki, Dadaşovun dəyəri 1 milyon 200 min avrodan 900 minə (təxminən 1 milyon 750 min manat), Məmmədovun isə 300 min avrodan 250 min manata (təxminən 485 min manat) düşüb.
Renatın "Radomyak"la müqavilə müddəti bu ayın sonunda başa çatacaq. Rahil Məmmədov isə 2026-cı il iyunun 30-na qədər Polşa klubuna məxsusdur.