Yığmada onu kim əvəz edəcək? – 3 namizəd var 

3 Avqust 2021 18:40 Araşdırma 1 591
Yığmada onu kim əvəz edəcək? – 3 namizəd var 

Ukrayna yığmasının baş məşqçi postunu tərk edən Andrey Şevçenkonu kimin əvəz edəcəyi bu ölkənin mətbuatında müzakirə olunur.

Sportinfo.az xəbər verir ki, artıq Şevanın yerinə namizədlər bəllidir.

Əsas namizədin isə Sergey Rebrov olduğu bildirilir. Rebrov hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda çalışır. Amma hazırda müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsi üçün klubla danışıqlar aparır.

Digər namizəd isə təcrübəli mütəxəssis Miron Markeviçdir. O, “Dnepr”də çalışarkən komandanı Avropa Liqasının finalına çıxardıb.

Digər namizədin isə Aleksey Mixayliçenko olduğu bildirilir. O, yığmada əvvəllər də çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il