Avropa çempionatları tarixinin ən sürətli qolu belə vuruldu - VİDEO

16 İyun 2024 02:30 Araşdırma 703
Avropa çempionatları tarixinin ən sürətli qolu belə vuruldu - VİDEO

Albaniya yığması 2024-cü il Avropa çempionatında İtaliya ilə görüşdə hesabı açıb.

Sportinfo.az xəbər verir ki, oyun Dortmundda, Siqnal İduna Park stadionunda keçirilir.

Oyunun 33-cü saniyəsində Nadim Bayrami topu İtaliya yığmasının qapısına göndərib. Bu qol bütün Avropa çempionatları tarixində ən sürətli qol olub.

Bundan əvvəlki nailiyyət 2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatında Yunanıstan millisi ilə görüşdə matçın 68-ci saniyəsində qol vuran Rusiya millisinin hücumçusu Dmitri Kiriçenkoya məxsus olub.

15 dəqiqəlik oyundan sonra İtaliya - Albaniya matçında hesab bərabərləşib, 1:1. Oyunun 11-ci dəqiqəsində Alessandro Bastoni hesabı bərabərləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti