Paşinyan Qarabağa dair danışıqların gizli detallarından danışdı

4 May 01:10 Araşdırma 779
Paşinyan Qarabağa dair danışıqların gizli detallarından danışdı

Müvəqqəti Baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezident olduğu dövrdə ATƏT-in Minsk Qrupunun Qarabağla bağlı vasitəçilərinə göndərdiyi vacib məktubdan və danışıqların digər gizli detallarından danışıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib.

Paşinyanın sözlərinə görə, devrilən birinin müsahibəsi danışıqlar prosesinə dair yeni detalları aşkarlamaq üçün yaxşı bir fürsətdir. Belə ki, bu mövzuda əvvəllər müəyyən məhdudiyyətlər olub.

O qeyd edib ki, danışıqlar sənədləri arasında Sarkisyanın vasitəçilərə bir məktubu var:

“Vaxt keçdikcə müəyyən danışıqlar sənədləri açılacaq, hamımız biləcəyik ki, Serj Sarkisyan bir dəfə vasitəçilərə məktub yazaraq, təklif olunan referendum çərçivəsində nə qədər azərbaycanlının Dağlıq Qarabağ sakini sayılacağına dair bəzi narahatlıqlarının olduğunu bildirmişdi”.

Paşinyan çıxışında detalları açıqlamaq fürsətinə görə Sarkisyana təşəkkür edib. Belə ki, Paşinyanın sözlərinə görə, bir neçə ay əvvəl o, azərbaycanlıların Şuşaya qayıtması barədə danışanda keçmiş Ermənistan hakimiyyəti danışıqlar prosesində bu məsələnin olmadığını iddia edirdi.

“Bu faktdan bilirik ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da bu potensial referenduma qatılmalıdırlar. Bu baxımdan Sarkisyana mənə fürsət verdiyinə görə təşəkkür etmək istəyirəm, çünki bir neçə ay əvvəl Şuşa haqqında danışanda danışıqlar prosesində heç vaxt belə bir məsələnin olmadığını demişdilər. Sual: O zaman Dağlıq Qarabağ sakinləri olan azərbaycanlılar harada yaşamalı idilər? Ümid edirəm, hamı bu sualın cavabını başa düşür”,- deyə Paşinyan vurğulayıb.

Paşinyan Qarabağla bağlı danışıqların məzmununun hələ o, hakimiyyətə gəlməzdən əvvəl, 2015- 2016-cı illərdə dəyişdiyini qeyd edib.

O, eks-prezidenti 2015-ci ilin payızı - 2016-cı ilin qışında Aprel döyüşlərindən əvvəl baş verən hadisələr barədə danışmağa çağırıb.

“Bunu sübut edən sənədlər, danışıqlar protokolları var. 2018-ci ildə bu sənədlərlə işləmişəm. Bəlkə bəlli olacaq ki, bu dövrdə vasitəçilər Azərbaycanın mövqeyini dəstəkləməyə başladılar?, - deyə N. Paşinyan söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti