Millimizin rəqibləri dünya reqtinqində - Neçəncidirlər?

11 İyul 02:50 Araşdırma 1 157
Millimizin rəqibləri dünya reqtinqində - Neçəncidirlər?

FİFA milli komandalarının iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 3 pillə geriləyib.

Milli komanda 1148 xalla 119-cu yerdən 122-ci yerə düşüb.

Xatırladaq ki, Fernandu Santuşun komandası bu müddətdə iki yoldaşlıq oyunu keçirib: Latviya ilə qolsuz heç-heçə edən milli Macarıstana uduzub - 1:2.

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa 3-cü (1862 xal) Ukrayna 26-cı (1557 xal), İslandiya 74-cü (1337 xal) yerdədir.

Siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!