COP29

AFFA rəhbərliyi VACİB İCLASa yığışır – Klublar nə istəyir?

10 İyul 13:20 Araşdırma 1 609
AFFA rəhbərliyi VACİB İCLASa yığışır – Klublar nə istəyir?

AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasının vaxtı bəlli olub.

Milli assosiasiyanın rəsmi saytı bu haqda məlumat paylaşıb.

Bildirilib ki, toplantı iyulun 12-də qurumun inzibati binasında gerçəkləşəcək.

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib.

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Digər məsələlər

Saytımız İK-nin yığışacağı xəbərini dünən ekskluziv olaraq tirajlayıb. Gündəlikdən göründüyü kimi, bura bir neçə məsələ daxildir.

Heç şübhəsiz, onlardan bəzi Klublar Komitəsinin təşəbbüsü kimi siyahıya daxil edilib. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi də həmçinin.

Premyer Liqa təmsilçiləri bölgüyə yenidən baxılmasını, ora bəzi düzəlişlərin edilməsini istəyib.

Meyarlar üzrə nəzərdə tutulmuş xərc kvotasının dəyişdirilməsi elita nümayəndələrinin təklifidir.

SPORTİNFO.AZ

Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…