Kronavirus haqda “dəhşətli həqiqətləri” çatdırmaq istəyirlər

28 Yanvar 2021 09:10 Araşdırma 1 908
Kronavirus haqda “dəhşətli həqiqətləri” çatdırmaq istəyirlər

Dünyada tüğyan edən və demək olar ki, iqtisadi-sosial həyatın əksər sahələrini çökdürən “SARS-CoV-2” virusunun başlandığı nöqtədə, yəni Çinin Uhan şəhərində yerli sakinlər Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşmək istəyiblər.

Sportinfo.az xəbər verir ki, ÇXR rəsmiləri bu görüşə mane olmaq üçün hər cür əngəli törədiblər.

“Ümid edirik ki, ÜST yalanların yayılması alətinə çevrilməz. Biz yorulmadan həqiqətlərin üzə çıxarılması uğrunda mübarizə aparırıq. Bu, əsl cinayət olub, ona görə də beynəlxalq təşkilatlar Çinə cinayətlərin üstünü örtmək üçün gəlməsin”,-deyə yaxın qohumunu “COVİD-19” dan itirən Jen Xay adlı çinli vətəndaş danışıb.

Jen Xayın sözlərinə görə, kommunist rejim epidemiyanın başlandığı ilk dövrlərdə virusun təhlükəsi barədə susub. İndi isə rəsmi Pekin ölənlərin yaxınlarına hədə-qorxu gələrək, onları Qərb mətbuatına danışmaqdan çəkindirməyə çalışır.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Çinə gəldikdə isə dövlət səviyyəsində bütün çat (onlayn söhbət platformaları-red.) proqramları bloklanıb.

“Özünüzü biz yoxmuşuq kimi aparmayın. Biz hökumətdən hesabat tələb edirik. Onlayn məkanda ünsiyyət platformaları məhv edilib, lakin bu, bizi dayandıra bilməz”,-deyə Jen Xay Çin dövlətinə müraciət edib.

ÜST mütəxəssisləri epidemiyanın başlanma səbəblərinə öyrənmək üçün bu ilin yanvar ayının 14-də Çinə uzun cəhdlərdən sonra gələ biliblər. ÇXR hökuməti 1 ildir ki, problemin beynəlxalq səviyyədə araşdırılmasına mane olur.

Digər Xəbərlər
Xəbər Lenti