Kramarenko Azərbaycandan Moskvaya kimi aparacaq?

20 Yanvar 2021 19:00 Araşdırma 1 467
Kramarenko Azərbaycandan Moskvaya kimi aparacaq?

Dmitri Kramarenko Rusiyanın ÇSKA klubu ilə müqavilə bağlayıb.

Dima “hərbçilər”in qapıçılar üzrə məşqçisi olacaq.

Bilirəm, artıq xeyli azərbaycanlı jurnalist var ki, Dimanı axtarırlar. Təbii, danışdırmaq, fikirlərini öyrənmək istəyirlər.

Özü də bu jurnalsitlər ona fərqli suallar verəcəklər, amma hamısının verəcəyi bir sual da var: “ÇSKA-ya hansısa azərbaycanlı qapıçını aparmaq fikriniz var?”

And olsun Allaha ki, eynən belədir. Vallah, billlah, Dima ilə danışmaq istəyənlər də əsasən bu suala cavab almaq niyyətindədirlər. Ay dostlar, bilirəm,

Kramarenkonu tapacaqsınız, amma dayanın, ona bu sualı verməyin. Bu sualı verməzdən öncə fikirləşin, axı Dima kimi aparacaq Moskvaya? Emil Balayevi?

Almaniyanı fırlanıb Qazaxıstana gələn, orda qalmağı bacarmayan, ermənini bəhanə edib Azərbaycana qayıdan, burda da “Qarabağ”ın ehtiyat skamyasında gün çürüdən Emil Balayevi?

Bilirəm, Dimaya “Moskvaya azərbaycanlı qapıçı aparacaqsan” sualını verəcəksiniz. Yalvarıram, özünüzü biabır etməyin.

Fikirləşin ki, özünüzlə bərabər, həm də Azərbaycan jurnalistikasını da urvatsız edirsiniz. Allah haqqı, bu sualı eşidən Dima ürəyində sizi söyəcək.

Vallah, söyəcək, billah, söyəcək. Day özünüz bilərsiniz, gedin Kramarenkoya o sualı verin. Ürəyiniz deşilir axı.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti