“Bayer 04”ün hücumçusu “Qarabağ”la oyunda forma geyinəcək

20 Oktyabr 2023 13:20 Almaniya 1 440
“Bayer 04”ün hücumçusu “Qarabağ”la oyunda forma geyinəcək

“Bayer 04”ün futbolçusu Patrik Şik Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyuna hazır olacaq.

Sportinfo.az xəbər verir ki, çexiyalı hücumçu zədəsini sağaldıb.

Sonuncu dəfə martda yaşıl meydanlara çıxan 27 yaşlı forvard artıq kollektivlə birlikdə məşqlərə qatılır.

Məşqçilər korpusu hətta bu həftəsonu Bundesliqanın VIII turunda “Volfsburq”la keçiriləcək səfər matçında da onun xidmətindən yararlana bilər.

"Bayer 04” – “Qarabağ” oyunu oktyabrın 26-da Leverkuzendəki “Bay-Arena”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti