"Nə etsəm də, qalib gəlmək və məqsədlərimə çatmaq istəyirəm”

1 İyun 2020 11:20 Almaniya 470
"Nə etsəm də, qalib gəlmək və məqsədlərimə çatmaq istəyirəm”

Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger məşqçiliyə başlamaq istədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, hazırda 35 yaşı olan keçmiş futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Nə vaxtsa mənim xoşuma gələcək maraqlı bir variant yaransa, bu barədə düşünəcəm. Nə etsəm də, qalib gəlmək və məqsədlərimə çatmaq istəyirəm”.

“Bavariya”nın yetirməsi olan və karyerasının böyük hissəsini Münhen klubunda keçirən Şvaynştayger İngiltərədə “Mançester Yunayted”, ABŞ-da “Çikaqo Fayr” komandalarının da uğurları üçün çalışıb. 2019-cu ilin oktyabr ayında isə o, peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti