10-cu qolunu vuran millimizin üzvü başını bu cur "işlətdi" - VİDEO

23 May 2020 10:38 Almaniya 703
10-cu qolunu vuran millimizin üzvü başını bu cur "işlətdi" - VİDEO

Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 51-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq baş zərbəsiylə tamamlamaqla cari mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb.

27 turdan sonra 38 xala malik “Ersgebirge” 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu