"Mənim tam əmin olduğum bəzi mənbələrim var”

18 May 2020 09:56 Almaniya 658
"Mənim tam əmin olduğum bəzi mənbələrim var”

Almaniya yığmasının və Dortmund “Borussiya”sının sabiq qapıçısı Roman Vaydenfeller “Mançester Siti”nin hücumçusu Leroy Sanenin “Bavariya”ya keçəcəyini bəyan edib.

Sportinfo.az xəbər verir ki, o, “Sport1” nəşrinə açıqlamasında bunları söyləyib:

“Sanenin yenidən Bundesliqaya qayıdacağına və “Bavariya”nın oyunçusu olacağına tam əminəm. Keçmiş futbolçu kimi mənim tam əmin olduğum bəzi mənbələrim var”.

“Şalke”nin yetirməsi olan, Almaniya yığmasında çıxış edən 24 yaşlı Sane, “Mançester Siti”də 2016-cı ildən forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!