Baş məşqçilər oyun vaxtı maska taxmayacaq - Bundesliqada

16 May 2020 11:20 Almaniya 560
Baş məşqçilər oyun vaxtı maska taxmayacaq - Bundesliqada

Almaniya Klublar Birliyi baş məşqçilərin Bundesliqada matç zamanı maska taxmaq zəruriliyini aradan qaldırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun direktoru Ansgar Şvenken məlumat verib.

O, görüş ərzində məşqçilər arasında məsafənin yetərli olduğunu bildirib. Qurum rəsmisi deyib ki, məşqçilərin maska taxması təlimat vermək kimi vəzifələrini məhdudlaşdırır.

A.Şvenken ehtiyat oyunçular skamyasında oturan şəxslərin isə ağız və burunlarını bağlamalı olduqlarını söyləyib. Almaniya Bundesliqasında bu mövsüm sabahdan bərpa olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti