"Əməkdaşlığa davam etsələr, çox təəccüblənərəm".

29 Aprel 22:20 Almaniya 168
"Əməkdaşlığa davam etsələr, çox təəccüblənərəm".

Lotar Matteus "Borussiya"dan ayrılmağa qərar verən Mario Qötseyə İtaliyada oynamağı tövsiyə edib.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu 27 yaşlı yarımmüdafiəçinin oyun stilinin İtaliya çempionatına uyğun olduğunu deyib:

"Güman edirəm ki, Marionun Dortmund klubunda işi sona çatıb. Əməkdaşlığa davam etsələr, çox təəccüblənərəm. Marionun oyun tərzi indi tələb edilmir.

"Borussiya" və digər böyük klubların tərzinə uyğunlaşmaq üçün kifayət qədər sürəti yoxdur. "Bavariya"dan qayıtdıqdan sonra ən yaxşı formasına qayıtmağı bacarmadı.

Mario onun üzərinə oyun quracaq klub və düzgün məşqçi tapmalıdır. İtaliya A Seriyası onun tərzinə uyğun gəlir. Ən azından İtaliyada futbol o qədər də sürətli deyil. İtaliyaya getməyi özünə faydalı olacaq".

Almaniya millisinin üzvünün Dortmund klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?