Tanınmış hücumçu formasını hərraca çıxardı - FOTO

11 Aprel 2020 13:26 Almaniya 770
Tanınmış hücumçu formasını hərraca çıxardı - FOTO

"Bavariya”nın polşalı hücumçusu Robert Levandovski özünün "Instagram"dakı səhifəsində idman köynəyini avtoqrafla hərracda nümayiş etdirdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, futbolçu hərracdan əldə ediləcək gəlirin xeyriyyə məqsədləri üçün xərclənəcəyini deyib.

"Bu mənim Bundesliqada “Şalke” ilə oynadığım futbolkamdır. Həmin oyunda het-trik etdim. Mən onu “Less app” layihəsi çərçivəsində hərracda nümayiş etdirirəm. Satışdan əldə olunacaq vəsaitlər Polşa xəstəxanalarına ianə ediləcək", - Levandovski yazıb.

“Less App” məşhur insanların geyimlərinin xeyriyyə məqsədləri üçün satışı layihəsidir. Polşa Avropanın digər ölkələri kimi, koronavirus pandemiyası ilə əlaqədar səhiyyə sistemində ciddi yüklənmə hiss edir. İndi ölkədə 5,9 mindən çox COVID-19 infeksiyasına yoluxma təsdiq edilib, 181 xəstə pandemiyanın qurbanı olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!