"Utandırıcıdır! Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər?"

7 Aprel 2020 01:10 Almaniya 940
"Utandırıcıdır! Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər?"

Daha bir futbolçu fransalı həkimlərin koronavirus pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya verib.

Sportinfo.az xəbər verir ki, “Bavariya”nın müdafiəçisi David Alaba bu ideyanı irəli sürənləri təlxək adlandırıb.

İnstaqramda bu barədə paylaşım edən Nigeriya əsilli avstriyalı futbolçu bu cür irqçilik edilməsinin utancverici olduğunu deyib: "Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər? Heç vaxt belə irqçiliyi təsəvvür edə bilməzdim.

Bu, utandırıcı və yolverilməzdir. Koronavirusa qarşı mübarizə aparmaq üçün hamımız bir araya gəlib çiyin-çiyinə çalışmalıyıq" deyə Alaba vurğulayıb”.

Didye Droqba və Samuel Eto’O da fransalı həkimlərin bu təklifinə kəskin etiraz etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!