Bundesliqa klubundan 18 milyon avroluq transfer

2 Fevral 2020 22:20 Almaniya 939
Bundesliqa klubundan 18 milyon avroluq transfer

“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Portuqaliyanın “Vitoriya Gimaraynş” klubundan Edmond Tapsobanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Tapsoba “Bayer”də 12 nömrəli formanı geyinəcək. Almaniya klubu bu transferə görə Portuqaliya təmsilçisinə 18 milyon avro ödəyib.

Burkina Fasodan olan Tapsoba “Vitoriya Gimaraynş”da 2018-ci ildən çıxış edirdi. O, ölkəsinin yığma komandasında da 8 oyun keçirib.

“Bayer” bu transferlə yanaşı, öz futbolçusu Panayotis Retsosu da İngiltərənin “Şeffild Yunayted” klubuna icarəyə verib. 21 yaşlı yunanıstanlı müdafiəçi mövsümün sonuna kimi Premyer Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti