“Gözümün ucu ilə gördüm ki, qapıçı qəribə vəziyyətdədir”

30 Oktyabr 2023 10:00 Almaniya 1 419
“Gözümün ucu ilə gördüm ki, qapıçı qəribə vəziyyətdədir”

“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatının 9-cu turunun “Darmştadt”la oyununda (8:0) meydanın mərkəzindən necə qol vurmasından danışıb.

Sportinfo.az xəbər verir ki, ingiltərəli futbolçu hesabda böyük fərqlə irəlidə olduqları üçün uzaq məsafədən qol vurmağı yoxladığını deyib:

“Mən topu götürdüm və gözümün ucu ilə gördüm ki, qapıçı qəribə vəziyyətdədir. Öz-özümə düşündüm ki, biz artıq dörd-beş top fərqi ilə irəlidəyik, niyə də burdan qol vurmaq olmasın?”

Keyn “Darmştadt”la matçda het-trik edib.

Digər Xəbərlər
Xəbər Lenti