Levandovski - Bundesliqa tarixinin 4 ən yaxşısından biri!

6 Oktyabr 2019 13:21 Almaniya 434
Levandovski - Bundesliqa tarixinin 4 ən yaxşısından biri!

5 ildir "Bavariya"nın uğurları üçün çalışan Robert Levandovski Bundesliqa tarixinin ən sərrast futbolçuları siyahısında yerini bir qədər də yaxşılaşdırıb.

Sportinfo.az xəbər verir ki, "Hoffenhaym"la ev qarşılaşmasında (1:2) komandasının təsəlli qolunu vuran polşalı forvard siyahıda 4-cü pilləyə yüksəlib.

Bundesliqada 213 qol vuran 31 yaşlı hücumçu Manfred Burqsmüllerlə qol sayını bərabərləşdirib. Siyahıya 365 qolla əfsanəvi Herd Müller başçılıq edir. Klaus Fişer 268, Yupp Haynkes isə 220 qol vurub.

Levandovski Münhen klubundan əvvəl 4 il Dortmund "Borussiya"sının şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı