2017-ci ildən MLS liqasında "Çikaqo Fayr"ın uğurları üçün çalışan Bastian Şvaynştayger karyerasını başa vurmağa tələsmir.
Sportinfo.az xəbər verir ki, Almaniya millisinin 35 yaşlı sabiq yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında futbola son qoyacağı tarixi açıqlamağa tələsmədiyini deyib.
"Hələ oynamaq istəyirəm. Vidalaşmaq, getmək üçün tələsmirəm. Mövsümün sonuna qədər qərar verəcəm" deyən 2010-cu ilin dünya çempionu ABŞ liqasında meydana çıxdığı 78 görüşdə 9 qol vurub.
Şvaynştaygerin şərəfini qoruduğu komanda MLS-də mövsümü erkən başa vurub. "Çikaqo Fayr" çempionatın Qərb Konferensiyasında 8-ci yeri tutaraq pley-offa vəsiqə qazana bilməyib. Mərhələni ilk "7-lik"də qərarlaşan komandalar keçir və 1/8 finalda mübarizə aparır. Konferensiyanın qalibləri isə 1/4 finalda iştirak hüququ qazanırlar.