Levandovskidən Bundesliqada yeni rekord!

29 Sentyabr 2019 11:12 Almaniya 788
Levandovskidən Bundesliqada yeni rekord!

"Bavariya"nın hücumçusu Robert Levandovski Bundesliqada yeni rekord müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, "Paderborn"la oyunda (3:2) fərqlənən polşalı futbolçu cari mövsümdə qollarının sayını 10-a çatdırıb. 31 yaşlı forvard bununla Bundesliqanın ilk 6 turunda 10 qol vuran yeganə futbolçu ünvanını ələ keçirib. Buna qədər yerli çempionatda dörd oyunçu - Yupp Haynkes, Herd Müller, Peter Meyer və Lotar Matteus ilk 6 matçda 9 dəfə fərqlənmişdilər.

Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM