Komandanın yeni baş məşqçisi bəlli oldu: “Prinsipial razılığa gəldik”

1 Fevral 2025 00:00 Almaniya 1 021
Komandanın yeni baş məşqçisi bəlli oldu: “Prinsipial razılığa gəldik”

“Borussiya”nın icraçı direktoru Lars Rikken komandaya yeni baş məşqçi kimi xorvatiyalı mütəxəssis Niko Kovaçın təyin olunduğunu açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Biz Niko Kovaçla prinsipial razılığa gəldik. O, komandaya bazar günündən başçılıq edəcək”.

Nuri Şahin yanvarın 21-də “Borussiya”nın baş məşqçisi postundan qovulub.

Niko Kovaçın son iş yeri “Volfsburq” olub. O, daha əvvəl “Monako”, “Bayern” və “Ayntraxt”a rəhbərlik edib.

Kovaç “Ayntraxt”la Almaniya kubokunu, “Bayern”lə isə Almaniya Bundesliqasını, kubokunu və superkubokunu qazanıb.

“Borussiya” hazırda Almaniya çempionatında 26 xalla 11-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"