O, daha 3 il yığmanın sükanı arxasında dayanacaq - Müqavilə uzadıldı

25 Yanvar 2025 12:20 Almaniya 1 330
O, daha 3 il yığmanın sükanı arxasında dayanacaq - Müqavilə uzadıldı

Almaniya komandası baş məşqçisi Yulian Naqelsman ilə müqavilə müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb.

Naqelsmanla 2028-ci ilə qədər müqavilə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Yulian Naqelsman 2023-cü ilin sentyabr ayından Almaniya seçməsini çalışdırır.

Yığma onun rəhbərliyi altında 18 oyun keçirib. Bu matçlarda 10 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?