Şahin istefaya göndərildi

23 Yanvar 00:20 Almaniya 593
Şahin istefaya göndərildi

Dortmund “Borussiya”sı baş məşqçisi Nuri Şahini istefaya göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə yollar komandanın uğursuz nəticələrinə görə ayrılıb.

“Borussiya” Nuri Şahinin rəhbərliyi altında son məğlubiyyətini ötən gecə Çempionlar Liqasında “Bolonya” ilə görüşdə alıb - 1:2.

N.Şahin ötən ilin yayından Dortmund təmsilçisini çalışdırırdı. Hazırda “Borussiya” Bundesliqanın turnir cədvəlində 25 xalla 10-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 03:50 Bakıdan sonra Burqas