“Bayer”in baş məşqçisi Xabi Alonso Bundesliqanın ikinci turunda evdə “Leyptsiq”ə uduzduqları oyundan (2:3) sonra fikirlərini bölüşüb.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, o, komanda olaraq bu məğlubiyyətdən dərs alacaqlarını söyləyib:
“Bu, komandamız üçün çətin andır. İnanıram ki, “Bayer” layiqincə məğlub oldu.
Bu uğursuzluqdan faydalı bir dərs alacağıq. 2:0 hesabı ilə öndə olanda rəqibin qalib gəlməsinə icazə vermək olmaz”.
Bu qarşılaşmada Leverkuzen klubunun 35 matç davam edən məğlubiyyətsizlik seriyası qırılıb.
“Bayer” 2023/24 mövsümündə qızıl dubl edib. Alonsonun komandası Bundesliqa çempionu və ölkə kubokunun qalibi olub.