Yalnız bu 3 klubdan təklif alsa, “Bayern”i tərk edəcək

20 Avqust 2024 15:20 Almaniya 1 169
Yalnız bu 3 klubdan təklif alsa, “Bayern”i tərk edəcək

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska hələ də Münhen klubundan ayrılmaq istəmir.

Sportinfo.az “Sky Sports-a istinadən xəbər verir ki, almaniyalı futbolçuya MLS-dən bir neçə klubu maraq göstərir, lakin Qoretskanın ora köçmək fikri yoxdur.

“Bayern” rəhbərliyi yarımmüdafiəçinin qış transfer pəncərəsinə qədər Münhendə qalacağı ilə artıq razılaşıb. 29 yaşlı futbolçu “Bayern”dan yalnız üç kluba getməyə hazırdır: “Barselona”, “Liverpul” və “Real”.

Qoretska ötən mövsüm Bundesliqada 30 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”