"Xəbər "Qarabağ"la oyunumuzdan dərhal sonra gəldi"

15 Noyabr 2023 08:40 Almaniya 545
"Xəbər "Qarabağ"la oyunumuzdan dərhal sonra gəldi"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer"in yarımmüdafiəçisi Natan Tella ilk dəfə Nigeriya millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"la Bakıdakı oyundan dərhal sonra bu xəbəri alan 24 yaşlı futbolçu yığmaya dəvət almağına təəccübləndiyini etiraf edib.

O, "Qarabağ"la görüşdə yaxşı çıxış etmədiyini və belə bir xəbəri gözləmədiyi bildirib:

“Mən çox təəccübləndim. Xəbər "Qarabağ"la Azərbaycandakı oyunumuzdan dərhal sonra gəldi.

Həmin matçda performansımdan çox üzüldüm və telefonumda niyə bu qədər çox mesaj olduğunu anlaya bilmədim.

Sadəcə hər kəsin “Sən çox pis oynadın” deməyə çalışdığını düşündüm. Ancaq mesajları yoxladım və Nigeriya yığmasına dəbət aldığımı öyrəndim.

Bu, bir az şok oldu. Sonra daha çox təbriklər gəldi - ailəmdən və dostlarımdan, o cümlədən Nigeriyadan".

Tella "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri oyunun start heyətində yer alıb və 61-ci dəqiqədə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"