"Qarabağ"a görə bura gələn ispan: "Bakıda uçuş bir az gecikdi, öyrəndim ki…"

14 Noyabr 2023 11:00 Almaniya 955
"Qarabağ"a görə bura gələn ispan: "Bakıda uçuş bir az gecikdi, öyrəndim ki…"

"Qarabağ"la oyundan sonra Almaniyaya qayıtmaq üçün hava limanında idik.

Uçuş bir az gecikdi, heyətlə tanış olmaq üçün vaxtımız oldu və siyahıda olduğumu gördüm".

Sportinfo.az xəbər verir ki, bunu ilk dəfə İspaniyanın əsas millisinə dəvət alan "Bayer 04"ün futbolçusu Alexandro Qrimaldo federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı cinah müdafiəçisi həmin vaxt ailəsi və dostları ilə danışa bilmədiyini söyləyib: "Leverkuzenə çatanda telefonum mesajlarla dolu idi. Bu, sevincli anlar oldu".

"Bayer 04" Bakıda, Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"