
“Real” “Bayer”ın çalışdırıcısı Xabi Alonsonu baş məşqçi postuna dəvət etmək istəyir.
Sportinfo.az xəbər verir ki, Almaniya klubunun rəhbərliyi Madrid təmsilçisi ilə danışıqlara hazırdır. “Bayer” Alonsonu onun üçün 15-18 milyon avro təzminat ödənəcəyi təqdirdə buraxacaq.
Tərəflər razılaşarsa, Xabi Alonso 2024-cü ilin yayında Karlo Ançelottini əvəzləyəcək.
“Bayer” Bundesliqanın 11 turundan sonra turnir cədvəlinə başçılıq edir.
“Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir.