
“Bayer” Almaniya Bundesliqasında qeydə alınan rekordu təkrarlayıb.
Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi 11-ci turda “Union”la görüşdəki qələbə (4:0) sayəsində buna nail olub.
Xabi Alonsonun komandası 11 oyunda 33 mümkün xaldan 31-ni toplayıb (10 qələbə, 1 heç-heçə).
Startda belə nəticəni Bundesliqa tarixində bircə dəfə yalnız “Bayern” bacarıb. 2015/16-cı il mövsümünün ilk 11 turunda o vaxt Pep Qvardiolanın rəhbərlik etdiyi Münhen təmsilçisi də 11 oyunda 31 xal qazana bilmişdi.
“Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir.