O da “Real”a keçəcək?

13 Noyabr 2023 12:20 Almaniya 495
O da “Real”a keçəcək?

“Bayern”in və Kanada millisinin futbolçusu Alfonso Deyvis “Real”a keçməyə meyllidir.

Sportinfo.az xəbər verir ki, futbolçu ilə Münhen klubu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar 6 ay müddətinə dayandırılıb.

“Real” Deyvislə maraqlanır və sol cinah müdafiəçi mövqeyində istədiyi bacarığı onda görür.

İspanlar artıq “Bayern”lə müqaviləni yeniləməmək və vaxt keçirməmək tövsiyəsi ilə onun ətrafı ilə ilkin mərhələdə əlaqə yaradıblar.

23 yaşlı futbolçunun “Bayern”lə 2025-ci ilin iyun ayına qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti