Bakıda "Qarabağ"ın əlindən qaçan "Bayer"dən Bundesliqada darmadağın - VİDEO

13 Noyabr 2023 02:10 Almaniya 1 101
Bakıda "Qarabağ"ın əlindən qaçan "Bayer"dən Bundesliqada darmadağın -  VİDEO

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" Bundesliqada 11-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Union"u qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.

Bununla da, Xabi Alonsonun baş məşqçisi olduğu komanda Bundesliqda ardıcıl 7-ci, ümumilikdə isə 10-cu qələbəsini qazanıb. Komanda 31 xalla liderdir. "Union" isə 6 xalla sonuncu pillədə qərarlaşıb.

"Bayer" - "Union" 4:0
Qollar:
Qrimaldo, 23, Kossounou, 57, Tah, 73, Tella, 83

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!