“Danışdıq və ortaq qərara gəldik, indi məni dəvət edə bilmir”

11 Noyabr 2023 22:00 Almaniya 768
“Danışdıq və ortaq qərara gəldik, indi məni dəvət edə bilmir”

“Bayern”in qapıçısı Manuel Noyer Almaniya millisinin əsas heyətinə qayıtmaq istəyindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, baş məşqçi Yulian Nagelsmannla bu mövzuda danışdığını söyləyib:

“Mən Nagelsmannla əlaqə saxlamışam. Danışdıq və ortaq qərara gəldik.

İndi məni dəvət edə bilmir, amma irəliləyiş görəcəyinə ümid edir. Milli komandaya qayıtmaq üçün mümkün olan hər şeyi edəcəm”.

37 yaşlı qolkiper uzun illər Almaniya millisinin əsas qapıçısı olub. Noyer 2009-cu ildə millidə debüt edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti