Camal 1 ay oynamayacaq - "Qalatasaray"la matçda sıradan çıxdı

10 Noyabr 2023 18:40 Almaniya 314
Camal 1 ay oynamayacaq - "Qalatasaray"la matçda sıradan çıxdı

"Bavariya"nın futbolçusu Camal Musiala sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, gənc futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Qalatasaray"la görüşündə (2:1) dizindən zədələnərək oyunu yarımçıq başa vurmuşdu.

20 yaşlı futbolçunun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Musiala bu mövsüm "Bavariya"nın heyətində 14 matçda meydana çıxıb və 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"