"Qarabağ"ın ən qorxulu rəqibi Bakıya "əlidolu" gəlir - VİDEO

5 Noyabr 2023 22:40 Almaniya 1 777
"Qarabağ"ın ən qorxulu rəqibi Bakıya "əlidolu" gəlir - VİDEO

“Qarabağ”ın Avropa Liqasının H qrupundakı rəqibi “Bayer” Almaniya Bundesliqasında növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi “Hoffenhaym”ın qonağı olub.

Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv rəqibinə 3:2 qalib gəlib. “Qarabağ”ın rəqibi 10 turdan sonra Bundesliqaya 28 xalla rəhbərlik edir.

"Qarabağ" - "Bayer" matçı noyabrın 9-da Bakıda keçiriləcək və saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti