Karyerasını bitirmək fikrində deyil - 40 yaşına qədər oynamaq istəyir

3 Noyabr 2023 18:40 Almaniya 324
Karyerasını bitirmək fikrində deyil - 40 yaşına qədər oynamaq istəyir

“Bayern”in və Almaniya millisinin qapıçısı Manuel Noyer yaxın gələcəkdə karyerasını bitirmək fikrində deyil.

Sortinfo.az xəbər verir ki, 37 yaşlı qolkiper daha 2-3 il oynamaq istəyir.

Noyer Münhen klubunun heyətində bütün yarışlarda 322 oyun keçirib və 240 qol buraxıb.

Almaniyalı futbolçu ayağı sındığı üçün uzun müddətdən sonra, oktyabrın 28-də ilk dəfə Bundesliqada “Darmştadt”la matçda iştirak edib. Münhenlilər bu görüşdə 8:0 hesabı ilə qalib gəliblər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!