"Qarabağ"a 5 qol vurmaqları təsadüfi deyilmiş...

2 Noyabr 2023 22:40 Almaniya 6 694
"Qarabağ"a 5 qol vurmaqları təsadüfi deyilmiş...

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer 04" yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi cari mövsüm Avropanın “Top-5” liqasında 50 qol həddini keçən ilk komanda olub.

Komanda son olaraq ölkə kubokunun 1/16 finalında "Zandhauzen"i 5:2 hesabı ilə məğlub edib.

Beləliklə, "Bayer 04" keçirdiyi 14 oyunda 51 qola imza atıb.

Bundesliqa klubu Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 5:1 hesabı ilə məğlub etmişdi. Bu komandalar arasında IV turun qarşılaşması noyabrın 9-da Bakıda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti