"Bu futbolla ciddi komandalarla rəqabət apara bilməyəcəyik"

2 Noyabr 2023 21:40 Almaniya 389
"Bu futbolla ciddi komandalarla rəqabət apara bilməyəcəyik"

“Bavariya”nın idman direktoru Kristof Froynd komandanın Almaniya kubokunu sensasion şəkildə tərk etməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Münhen klubunun rəsmisi 1/16 final mərhələsində “Saarbrükken”ə 1:2 hesablı məğlubiyyət haqda bunları deyib:

“Qəbuledilməz nəticədir. Komanda necə oldu ki, belə oynadı, başa düşə bilmirəm.

İlk hissədə "Bavariya" dəhşətli futbol nümayiş etdirdi. Bu cür futbolla biz ciddi komandalarla rəqabət apara bilməyəcəyik. Çox məyus oldum”.

Digər Xəbərlər
Xəbər Lenti