Səfərdə üç qol vurdular, məğlubiyyətdən qaçdılar - VİDEO

30 Oktyabr 2023 00:20 Almaniya 612
Səfərdə üç qol vurdular, məğlubiyyətdən qaçdılar - VİDEO

“Borussiya Dortmund” Almaniya Bundesliqasının IX turunda “Ayntraxt”ın qonağı olub.

Sportinfo.az xəbər verir ki, altı qolun vurulduğu dramatik qarşılaşmada qalib müəyyənləşməyib - 3:3

Meydan sahibləri Omar Marmuşun qolları ilə iki topluq üstünlük qazansalar da, qonaqlar Marsel Zabitser və Yusdufa Mukokonun qolları sayəsində bərabərliyi təmin etməyi bacarıblar.

“Ayntraxt” Fares Çaibinin fərqlənməsi ilə təkrar önə keçib. Lakin Yulian Brandt yenidən hesabda tarazlıq yaratmağı bacarıb.

Bu nəticədən sonra “Borussiya Dortmund” 21 xalla dördüncü yerdə qərarlaşıb. “Ayntraxt” 14 xalla yeddincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!