Məşhur məşqçinin atası və qardaşı "Qarabağ"la oyunu izləmək üçün gəldi - FOTO

26 Oktyabr 2023 20:20 Almaniya 577
Məşhur məşqçinin atası və qardaşı "Qarabağ"la  oyunu izləmək üçün gəldi - FOTO

"Bayer"in baş məşqçisi Xabi Alonsonun atası Migel Anhel Alonso və qardaşı Yon Alonso Leverkuzenə səfərə gediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Səfərdə məqsəd Avropa Liqasının qrup mərhələsinin "Bayer" - "Qarabağ" oyununu izləməkdir. Onlar "Bayer"in Leverkuzendəki oyununu ilk dəfə olaraq stadionda canlı baxacaqlar.

Xüsusi qonaqlar dünən Leverkuzen təmsilçisinin oyun öncəsi "Bay Arena"da keçirilən məşqində də olublar.

"Nə yaxşı ki, onlar buradadırlar. Mənim atam "Real Sosyedad"ın əfsanələrindən olub" - deyə Xabi Alonso dünən keçirilən mətbuat konfransında bildirib.

X.Alonsonun atası 1981 və 82-ci illərdə "Real Sosyedad"la İspaniya çempionu olub. O, DÇ-1982-də İspaniya millisində 5 oyun keçirib. Hazırda 70 yaşı olan ata Alonso 1980-ci illərdə "Barselona"da çıxış edib.

"Bild" nəşri yazıb ki, Xabi Alonsonun atası və qardaşı bu həftənin 5-ci gününə qədər Leverkuzendədirlər. "Qarabağ" üzərindəki qələbə onlar üçün ən yaxşı hədiyyə olacaq" - deyə qəzetin yazısında qeyd edilib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"