Ulduz hücumçuya "Qarabağ"la oyunda şans verəcəyini açıqladı

25 Oktyabr 2023 02:50 Almaniya 436
Ulduz hücumçuya "Qarabağ"la oyunda şans verəcəyini açıqladı

Uzun müddətdir zədədən əziyyət çəkən "Bayer"in futbolçusu Patrik Şikin "Qarabağ"la görüşdə meydana çıxacağı gözlənilir.

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, bunu Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso deyib.

Çexiyalı hücumçu "Volfsburq"la Bundesliqa matçında iştirak ərizəsinə salınsa da, oyun şansı qazanmayıb. Alonso bildirib ki, onu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçiriləcək oyunda meydana buraxa bilər:

"Patrikə ehtiyacımız var. Onun yenidən heyətə qayıtmasına şadıq.

"Volfsburq"la oyunun gedişatı Patrikin meydana çıxmasına mane oldu.

Ümid edirəm ki, biz daha çox nəzarətə malik olacağımız növbəti oyunda o da şans qazanar.

O zaman daha yaxşı qərar verə bilərik. Patrik 10-15 dəqiqə oynaya bilər".

Patrik Şik zədə səbəbindən mart ayından bəri meydana çıxmayıb. O, ötən mövsüm Bundesliqada 27 oyuna 24 qol vuraraq komandasının bombardiri olub.

Qeyd edək ki, “Bayer” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"