Camalın Avropda bəyəndiyi 2 klub var

25 Oktyabr 2023 00:20 Almaniya 434
Camalın Avropda bəyəndiyi 2 klub var

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala hələlik komandadan ayrılmaq istəmədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını davam etdirmək üçün cəmi iki klubu nəzərdən keçirir: “Real” və “Mançester Siti”.

O, hər iki komandanı oyun tərzinə və iddialarına görə bəyənir.

Futbolçu onu da bildirib ki, “Liverpul”u transfer olunası klub hesab etmir.

20 yaşlı yarımmüdafiəçi “Bayern”in yetirməsidir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Musiala bu mövsüm bütün yarışlarda 9 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

Bundesliqanın 8 turundan sonra Münhen klubu 20 xalla üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti