Məşhur hücumçunu "Qarabağ"la oynua saxladığını açıqladı

23 Oktyabr 2023 10:40 Almaniya 768
Məşhur hücumçunu "Qarabağ"la oynua saxladığını açıqladı

“Bayer 04”ün ulduzu Patrik Şik Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyunda dönüşünü qeyd edəcək.

Sportinfo.az xəbər verir ki, bunu “Bild”ə açıqlamasında Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis bildirib ki, Bundesliqanın VIII turunda “Volfsburq”la (2:1) matçın iştirak ərizəsində yer alan çexiyalı hücumçunu riskə atmaq istəməyib:

“Oyun gərgin keçdi, temp yüksək idi. Matçın gedişatı Şikin iştirakına mane oldu.

Düşünürəm ki, o, “Qarabağ”la görüşdə şans qazana biləcək. Onun təxminən 10-15 dəqiqə meydanda olacağına ümid edirəm”.

“Bayer 04” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"