Məşqlərdən uzaqlaşdırılan futbolçu haqda açıqlama verdi

20 Oktyabr 2023 18:40 Almaniya 302
Məşqlərdən uzaqlaşdırılan futbolçu haqda açıqlama verdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel Fələstin və İsraildəki vəziyyətlə bağlı açıqlamasından sonra müdafiəçi Nussair Mazrauinin komanda ilə məşqlərdən uzaqlaşdırılması ilə bağlı vəziyyəti şərh edib.

Sportinfo.az xəbər verir ki, Tuxel, Mazraui ilə danışdığını, amma bu barədə açıqlama vermək istəmədiyini bildirib:

“Çətin sualdır. Klubun verdiyi məlumatdan faydalanın. Bu mövzu futboldan çox kənara çıxır.

Təbii ki, Mazraui ilə danışdım, o, mənim oyunçumdur. Söhbətin təfərrüatlarına varmaq istəmirəm.

Daniel Peretslə də danışdıq – onun ailəsi və dostları İsraildədir. Onunla danışmaq, futbol oynamağının mümkün olub-olmadığını anlamaq bizim borcumuzdur.

Onlar bir-biri ilə necə əlaqə qururlar? Paltardəyişmə otağı dini və mədəni fərqlilikləri üstələyir, bu, həmişə ümumi məqsədə doğru dinc, mehriban və dostcasına işlədiyiniz yerdir.

Komandaya, paltardəyişmə otağının təsirinə çox inanıram. Biz bilirik ki, birlikdə çətin vəziyyətlərin öhdəsindən gələ bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti