"Fənərbaxça"lı futbolçunu istəyir - "Qarabağ"ın rəqibi

15 Oktyabr 2023 17:20 Almaniya 1 245
"Fənərbaxça"lı futbolçunu istəyir -

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisinin əsas hədəfi "Fənərbaxça"da çıxış edən İsmail Yüksəkdir.

"Bayer"in baş məşqçisi Xabi Alonso 24 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir. Bundesliqa klubu türk futbolçu üçün yaxın vaxtlarda klubuna rəsmi təklif göndərəcək.

"Fənərbaxça" İsmail Yüksəki 2020-ci ilin yayında "Gölcükspor"dan transfer edib.

Türkiyə millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"