Baş məşqçisini 1 ay əvvəl istefaya göndərən komanda kimə tapşırıldı?

10 Oktyabr 2023 12:00 Almaniya 383
Baş məşqçisini 1 ay əvvəl istefaya göndərən komanda kimə tapşırıldı?

"Şalke"yə yeni baş məşqçi təyin edilib.

Sportinfo.az xəbər verir ki, Helzenkirhen təmsilçisinə Karel Herarts rəhbərlik edəcək.

O, 2025-ci il iyunun 30-na qədər komandanı çalışdıracaq.

41 yaşlı məşqçi bir ötən ay istefaya göndərilmiş Tomas Raysı əvəzləyib.

Herarts bundan əvvəl Belçikanın "Union" klubunda işləyib.

"Şalke" 9 turdan sonra ikinci Bundesliqada 16-cı pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti