“Bayern”in futbolçusunu “qaralayıb” - La Liqa nəhəngləri

7 Oktyabr 2023 00:10 Almaniya 375
“Bayern”in futbolçusunu “qaralayıb” - La Liqa nəhəngləri

“Bayern”in yarımmüdafiəçisi Leroy Sane karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, almaniyalı futbolçunun xidmətində “Barselona” və “Real” maraqlıdır.

27 yaşlı yarımmüdafiəçi 2020-ci ilin iyulunda “Mançester Siti”dən “Bayern”ə keçib.

Onun transfer məbləği 49 milyon avro olub. Sanenin Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

“Bayern” bu mövsüm Almaniya çempionatında 6 turdan sonra 14 xalla üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti