Keçmiş klubuna qayıda bilmədi - Arvadını döydüyü üçün

6 Oktyabr 2023 22:00 Almaniya 360
Keçmiş klubuna qayıda bilmədi - Arvadını döydüyü üçün

“Bayern”in sabiq müdafiəçisi Jerom Boatenq keçmiş klubuna qayıda bilməyəcək.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçunun keçmiş arvadına hücumla bağlı baxılan cinayət işi onunla müqavilə imzalamaqdan imtina etmək üçün həlledici amil olub.

Futbolçunun iki uşağının anası Şerin Zenlerin dediyinə görə, 2018-ci ildə, tətildə olarkən Boatenq onu döyüb və bəzi xəsarətlər yetirib.

Müdafiəçi buna görə 1,8 milyon avro cərimələnib.

Futbolçu 2011-2021-ci illərdə Münhen klubunda çıxış edib. O, ümumilikdə “Bayern”in heyətində 363 oyun keçirib, 10 qol vurub və 25 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti